• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dən bütün səfirliklərə xəbərdarlıq

ABŞ-dən bütün səfirliklərə xəbərdarlıq
18.03.2026 13:20

Dövlət Departamenti bütün ABŞ səfirliklərinə potensial təhdidlərə hazırlaşmaq və ABŞ-İsrail hərbi əməliyyatı ilə əlaqədar əlavə təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək əmri verib.
Bu barədə “The Washington Post” (WP) qəzeti ABŞ Dövlət Departamentinin daxili yazışmalarına istinadla məlumat yayıb.


Nəşr yazır ki, Dövlət Departamenti Yaxın Şərqdəki mövcud və dəyişən vəziyyət və onun potensial təsirlərini əsas gətirərək, ABŞ-nin dünya üzrə bütün diplomatik nümayəndəliklərinə təcili təhlükəsizlik qiymətləndirməsi aparmağı əmr edib.


Bildirilib ki, ABŞ dövlət katibi Marko Rubio amerikalı diplomatlara potensial təhdidləri müəyyən etmək və cavab planları hazırlamaq üçün işçi qrupları yaratmağı tapşırıb.
Qəzetin məlumatına görə, son həftələrdə bu cür təlimatlar yalnız Yaxın Şərqdəki Amerika səfirliklərinin işçilərinə verilirdi. İndi isə onlar ABŞ-nin bütün diplomatik nümayəndəliklərinə göndərilib.
Qeyd olunur ki, bu, dünyanın hər yerindəki bütün ABŞ diplomatik nümayəndəliklərinə İrandakı müharibə ilə əlaqədar təhlükəsizlik tədbirlərini yenidən nəzərdən keçirmək əmri verildiyi ilk haldır

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol