• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib
18.03.2026 19:13

Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib.Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. Martın 18-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2020-2022-ci illərdə “Aqrar İnnovasiya və Təchizat şirkəti” ASC-nin Salyan rayonunda yerləşən anbarında işlədiyi müddət ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Monteneqronun ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Monteneqro Respublikasından ölkəmizə birbaşa reys olmadığından Ədliyyə Nazirliyi tərəfindən Türkiyə Respublikasının səlahiyyətli orqanları ilə danışıqlar aparılaraq, tranzit icazəsi alınıb və Mənsimov Ramil Yaqub oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Monteneqrodan ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol