• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı xəstəxanasında olay

Bakı xəstəxanasında olay
10.12.2013 16:21
Bakıdakı 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına daxil olan, daha sonra oradan qaçmağa cəhd edən xəstə dünyasını dəyişib.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə eksklüziv açıqlamasında bildirib ki, Bakı şəhəri, Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü pasiyent Elşən Mahir oğlu Əhmədli dekabrın 2-də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının göndərişi əsasında 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına daxil olub.Qəbul zamanı pasiyent psixi oyanıq vəziyyətində olub.Bununla əlaqədar o, klinikada müvafiq spesifik müalicə alıb. Artıq dekabrın 6-da xəstə sakitləşib, şöbədə davranışı qənaətbəxş olub.A.Qədirli bildirib ki, lakin bu gün iki sanitarın müşahidəsi ilə rentgen müayinəsinə aparılarkən sanitarları itələyib, pilləkəni tullanaraq qaçmağa cəhd edib: "Pasiyent aşağı tullanarkən yerə yıxılıb və başından ağır zədə alıb. Xəstəyə dərhal ilkin tibbi yardım göstərilib və Təcili Tibbi Yardıma xəbər verilib. Lakin keçirilən əməliyyatlara baxmayaraq xəstə aldığı zədədən dünyasını dəyişib. Hadisə ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Nəsimi rayon prokurorluğuna məlumat verilib".Qeyd edək ki, Elşən Əhmədli 2009-cu ildən etibarən "Şizofreniya paranoid forma" diaqnozu ilə dəfələrlə Bakı şəhəri 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında, eləcə də Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicələr alıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol