Martın 20-də Bakıdan bölgələrə 13 703 sərnişin daşınıb

Martın 20-də Bakıdan bölgələrə 370 reys həyata keçirilib və 13 703 sərnişin daşınıb. Bu barədə məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) verib.
Sərnişindaşımada fasiləsizliyi təmin etmək və tələbatı qarşılamaq üçün əlavə 150 reys təşkil olunub.
Agentlik bildirir ki, sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada biletim.az portalından əldə edib. AYNA vətəndaşlara daha rahat və təhlükəsiz səfərlər üçün biletləri onlayn almağı tövsiyə edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























