• $
  • €
  • ₽
  • ₺
  • £

Hava şəraiti ilə bağlı xəbərdarlıq

Hava şəraiti ilə bağlı xəbərdarlıq
10.12.2013 14:20
Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Şimal küləyi güclənəcək. Havanın temperaturunun gecə 3-5 dərəcə, günün birinci yarısında 6-8 dərəcə, günün ikinci yarısında 1-3 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 11-də günün ikinci yarısında şimal və qərb rayonlarında, axşam isə şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək arabir güclənəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-9 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti gözlənilən əlverişsiz hava şəraiti haqqında xəbərdarlıq da yayıb. Xəbərdarlıqda bildirilir ki, dekabrın 11-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən soyuq, arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Dekabrın 11-12-də güclü şimal-qərb küləyi əsəcək. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol