• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir

Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir
24.03.2026 20:00

Heydər Əliyev Beynəlxalq Aeroportu martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir.

Bu barədə Bakı aeroportu məlumat yayıb.

Bildirilib ki, yeni mövsüm oktyabrın 24-dək qüvvədə olacaq. Yaz-yay mövsümündə Bakıdan Avropa, Mərkəzi, Cənubi və Şərqi Asiya istiqamətlərində genişlənmiş uçuş şəbəkəsi sərnişinlərə təqdim olunacaq.

Regional və Asiya istiqamətləri üzrə İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı və Aktau ilə yanaşı, Pekin və Urumçi istiqamətlərində də uçuşlar həyata keçiriləcək.

Avropa istiqamətləri üzrə isə Berlin, Frankfurt, Milan, Roma, Varşava, Praqa, London, Vyana, Budapeşt, Paris, Barselona və Kişineu şəhərlərinə uçuşlar planlaşdırılır. Bununla yanaşı, Tbilisi, Bişkek, İzmir, Bodrum, Belqrad, Male və İslamabad istiqamətlərində də müntəzəm hava əlaqələri təmin olunacaq.

Uçuşlar AZAL, "Turkish Airlines", "Pegasus Airlines", "AJet", "Air Astana", "Uzbekistan Airways", "Wizz Air", "China Southern", "LOT Polish Airlines", "Lufthansa" və digər beynəlxalq aviadaşıyıcılar tərəfindən həyata keçiriləcək.

Yay mövsümündə səyahət tələbatının artacağını nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən bron etmələri tövsiyə olunur. Daha rahat və sürətli xidmət üçün onlayn qeydiyyat imkanlarından, eləcə də hava limanında mövcud olan özünüxidmət köşklərindən ("Self Check-In" və "Self-Service Baggage Drop-Off") istifadə etmək mümkündür.

Sərnişinlərə, həmçinin səfərdən əvvəl uçuş cədvəlinin aktuallığını yoxlamaq və mümkün dəyişikliklərlə bağlı məlumatı birbaşa aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə etmək tövsiyə olunur.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol