• $
  • €
  • ₽
  • ₺
  • £

Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb edən şəxslər saxlanılıb

Sabunçuda avtomobil nömrələrini oğurlayıb sahiblərindən pul tələb edən şəxslər saxlanılıb
25.03.2026 12:34

Paytaxtın Sabunçu rayonunda oğurluq hadisələri baş verib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda, nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.

Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə 2 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən nağd pul oğurlamaqda, həmçinin rayon ərazisində yerləşən obyektdən əlvan metallar talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı Elçin Xəlilov da müəyyən edilərək saxlanılıb.

Hər iki şəxslə bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol