• $
  • €
  • ₽
  • ₺
  • £

Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib

Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
26.03.2026 19:28

Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.

Bu barədə  Gənclər və İdman Nazirliyindən xəbər verilib.

İclasda UNESCO-nun Baş direktorunun müavini (ADG) Lidiya Brito, müxtəlif coğrafi regionları təmsil edən üzvlər, UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklər, beynəlxalq təşkilatların nümayəndələri və antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Həmçinin ilk dəfə olaraq müşahidəçi dövlətlər də iclasda iştirak ediblər.

Gündəlikdə COP10-da qəbul edilən qərarların icrası, Büronun növbəti iki il (2026–2027-ci illər) üzrə fəaliyyət planı, qlobal yazılı məsləhətləşmələrin nəticələri və digər mühüm məsələlər müzakirə olunub.

Büronun ilk rəsmi iclasından əvvəl Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov 26 mart 2026-cı il tarixində "İdmanda dopinqin kökünün kəsilməsi fondunun" Təsdiq Komitəsinin ikinci rəsmi iclasında Büronu təmsil edib.

Qeyd edək ki, Fərid Qayıbov həmçinin Büroda təmsil etdiyi II Qrupun (Mərkəzi və Şərqi Avropa) nümayəndələri ilə görüş keçirib. Görüş zamanı COP10 Bürosunun fəaliyyəti və iclasda təqdim olunacaq təkliflər barədə məlumat verilib, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nazirin Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev ilə ikitərəfli görüşü baş tutub

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol