• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya yağış, dağlıq ərazilərə qar yağır- FAKTİKİ HAVA - YENİLƏNİB

Bakıya yağış, dağlıq ərazilərə qar yağır- FAKTİKİ HAVA - YENİLƏNİB
27.03.2026 20:30

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.

***

Martın 27-si saat 14:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Şahdağ və Qrıza isə qar yağır.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 mm (aylıq normanın 81 %-i), Ağdam, Göygöl, Neftçalada 14, Zərdab, Bərdə, Astarada 13, Xızı, Lənkəranda 12, Beyləqan, Cəlilabad, Daşkəsəndə 11, Goranboy, Kürdəmir, Şamaxıda 10, Lerik, Cəbrayıl, Sabirabadda 9, Şirvanda 8, Xaltan, Yardımlı, Mingəçevir, Gədəbəy, Gəncədə 7, Göyçayda 6, Şəmkir, Oğuzda 5, Ağstafada 4, Tovuz, Qubada 3, Culfa, Şabran, Qax, Qusarda 2, Balakən, Zaqatalada 1 mm-dir.

 

***

Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa isə qar yağır.

Xidmətdən verilən məlumata əsasən, qarın hündürlüyü Şahdağda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 13, Lerikdə 9, Cəbrayıl, Şahbuzda 7, Yardımlı, Lənkəran, Beyləqanda 6, Daşkəsən, Ağdam, Biləsuvar, Ordubadda 4, Tərtərdə 3, Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərurda 2, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba, Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21 m/s-dir.

Bakıda və Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol