• $
  • €
  • ₽
  • ₺
  • £

Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib

Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
29.03.2026 16:28

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Yanğın nəticəsində bir dam altında tikilmiş, ümumi sahəsi 3100kv.m. olan anbarın yanar konstruksiyaları 600kv.m. sahədə yanıb.

Anbarın böyük hissəsi və bitişik yerləşən digər tikililər yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülməklə yayılmasının qarşısı alınıb.

Nazirlikdən verilən məlumata görə, yanğının tam söndürülməsi üçün ərazidə kifayət qədər texnika və canlı qüvvə fəaliyyət göstərir.

Əlavə məlumat veriləcək.

13:28

Binəqədi rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.

***

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol