• $
  • €
  • ₽
  • ₺
  • £

Yağış dayanıb, amma məktəbin ətrafı hələ də suyun içində qalıb - Şikayət/Video

Yağış dayanıb, amma məktəbin ətrafı hələ də suyun içində qalıb - Şikayət/Video
01.04.2026 11:41

Ramana qəsəbəsində yerləşən 296 saylı məktəbin ətrafı güclü yağışlardan sonra su altında qalıb. 

Valideynlər anews.az-a göndərdikləri videoda bildiriblər ki, uşaqlar məktəbə çətinliklə gedir və aidiyyəti qurumlar hələ tədbir görmür.

Vətəndaşlar həmçinin bildirir ki, məktəb ətrafında olan evlər də su altında qalıb. 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil.

"Normadan 6 dəfədən çox yağan bir neçə günlük intensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya və yağış kollektorlarının olmadığı ərazilərdə özünü göstərir. Bu kimi ərazilərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunur, o cümlədən evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz ərazilərdir. Bu baxımdan həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Hazırda da sukanal idarələri güclü yağışlardan sonra baş verən subasma hallarını aradan qaldırmaqla məşğuldurlar", - açıqlamada deyilir. 

Fövqəlada Hallar Nazirliyindən isə bildirilib ki, ərazidə suyun çəkilməsi ilə bağlı işlər  nazirliyin deyil, yerli icra hakimiyyəti strukturları, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol