• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir

“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir
03.04.2026 13:47

 

“Azərsun Holdinq”in həyata keçirdiyi “Azərsun ilə Karyera Bələdçisi” adlı layihə çərçivəsində tələbələrlə görüşlər başlayıb.

Layihənin əsas məqsədi ölkənin aparıcı ali təhsil müəssisələrindəki tələbələrə karyera imkanları təqdim etmək və onların peşəkar inkişafına töhfə verməkdir.

Tədbirlər çərçivəsində iştirakçılara şirkətlər qrupu haqqında ətraflı məlumat təqdim edilir. Eyni zamanda, şirkət daxilində həyata keçirilən təcrübə proqramları, iş imkanları və karyera inkişaf perspektivləri barədə geniş təqdimatlar keçirilir.

Bununla yanaşı, tələbələr üçün praktiki təlimlər də təşkil olunur. Bu təlimlərdə iştirakçılar müsahibə mərhələləri, işə müraciət qaydaları və əmək bazarında tələb olunan əsas səriştələr barədə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

Qeyd edək ki, layihə artıq Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetində uğurla həyata keçirilib. Növbəti mərhələdə isə Qarabağ Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Aqrar Universitetində keçirilməsi planlaşdırılır.

“Azərsun Holdinq” gənclərin peşəkar inkişafına dəstək olan bu kimi təşəbbüsləri gələcəkdə də davam etdirməyi nəzərdə tutur

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol