• $
  • €
  • ₽
  • ₺
  • £

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
05.04.2026 11:10

Aprelin 5-i saat 11:00 olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 5-i saat 11:00 olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlər intensiv və güclü yağıntılar qeydə alınıb. Dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 57, Qrızda 20, Əlibəydə 11(Zaqatala), Xınalıqda 17, Kəlbəcərdə 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında 1 sutka ərzində aylıq normadan çox yağıntı olub, belə ki düşən yağıntının miqdarı 29 mm təşkil edib ki, bu da aylıq normanın 128%-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı:
Xaçmazda 46 (aylıq normanın 152%-i), Qusarda 33 (aylıq normanın 69%-i), Qubada 27 (aylıq normanın 56%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22, Daşkəsəndə 19, Oğuzda 18, Şəmkir, Şabranda 17, Zaqatalada 16, Xaltanda 14, Balakən, Qəbələdə 13, Göygödə 12, Xızıda 10, Goranboy, Bərdədə 7, Naftalan, Qobustan, İsmayıllı, Mingəçevir, Yevlaxda 6, Ağdam, Tovuz, Ağstafa, Şahbuz, Şamaxı, Tərtər, Gəncə, Göyçay, Zərdab, Biləsuvar, Lerik, Naxçıvan, Şərur, Ordubad, Sədərək, İmişli, Ağsu, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Salyan, Yardımlı, Astara, Füzuli, Xocalı, Şuşa, Xankəndi, Laçın, Qubadlıda 5 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23, Xızıda 19, Tovuz, Göygöl, Şabran, Lənkəranda 18, Sabirabad, Yardımlıda 16 m/s-dək güclənib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol