Gəncədə xəstəxanada sistem köçürülən 1 yaşlı körpə ölüb

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında uşaq ölümü qeydə alınıb.
"Report"un məlumatına görə, hərarəti olan 2025-ci il təvəllüdlü, Şəmkir rayon Alabaşlı kənd sakini A. S. xəstəxanaya çatdırılıb.
Xəstəxanada 1 yaşlı körpəyə sistem köçürülüb. Lakin bundan sonra uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib.
Meyit Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























