• $
  • €
  • ₽
  • ₺
  • £

İlk olaraq bu evlərə çıxarışlar veriləcək

İlk olaraq bu evlərə çıxarışlar veriləcək
05.04.2026 13:41

“Yüksək gərginlik xətləri altında, strateji obyektlərin yaxınlığında, meşə zolaqlarında və digər riskli ərazilərdə yerləşən tikililər istisna olmaqla, sənədsiz əmlaklara mülkiyyət hüququ verilməsi ölkə iqtisadiyyatı üçün də mühüm əhəmiyyət kəsb edir”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə bu istiqamətdə atılacaq addımlar iqtisadi aktivliyin artmasına, daşınmaz əmlak bazarının genişlənməsinə və ümumilikdə iqtisadi münasibətlərin inkişafına ciddi töhfə verə bilər:

“Hazırda sənədsiz əmlaklar nə alqı-satqı predmeti kimi, nə də girov kimi istifadə oluna bilir, həmçinin onların sığortalanması da mümkün deyil. Bu baxımdan, həmin obyektlərin rəsmiləşdirilməsi onların iqtisadi dövriyyəyə daxil olmasına şərait yaradacaq.

Lakin prosesin tam yekunlaşması üçün zaman tələb olunur, çünki eyni vəziyyətdə olan yüz minlərlə əmlak mövcuddur. Bu prosesi sürətləndirməyin əsas yolu isə genişmiqyaslı əmlak amnistiyasının tətbiqidir”.

AQC sədri əlavə edib ki, mərhələli yanaşmaya əsasən, ilk növbədə təhlükəli zonalarda yerləşməyən evlər sənədləşdiriləcək:

“Bütün əmlaklara avtomatik çıxarış verilməsi mümkün deyil, çünki bəzi tikililər neft quyularına, magistral yollara və ya digər riskli ərazilərə yaxın yerləşir. Bu kimi hallarda ya köçürülmə həyata keçiriləcək, ya da iqtisadi baxımdan daha məqsədəuyğun variant kimi risk faktorlarının aradan qaldırılması nəzərdən keçiriləcək.

Eyni zamanda, sovet dövrünə aid texniki pasportların, təsərrüfat kitablarından çıxarışların qəbul olunması da sənədləşmə prosesinin sürətlənməsinə mühüm təsir göstərəcək

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol