• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda imtahan sistemləri üzrə yeni protokol imzalanıb

Bakıda imtahan sistemləri üzrə yeni protokol imzalanıb
10.04.2026 11:07

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Niyyət Protokolu imzalanıb.

Sənəd Bakıda keçirilən və Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq konfrans çərçivəsində qəbul edilib.

Aprelin 9–11-də keçirilən tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan nümayəndələr, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.

Protokol Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın müvafiq imtahan və qiymətləndirmə qurumları arasında imzalanıb və uzunmüddətli institusional əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər birgə tədbirlərin təşkili, bilik və təcrübə mübadiləsi, imtahan sistemlərinin rəqəmsal transformasiyası, eləcə də süni intellekt və digər müasir texnologiyaların tətbiqi istiqamətlərində əməkdaşlıq edəcəklər.

Bundan əlavə, protokol çərçivəsində dil qiymətləndirmə alətlərinin hazırlanması və türk dillərinin təşviqi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

Sənəd imzalandığı tarixdən qüvvəyə minir və 5 il müddətində etibarlı olacaq.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol