• $
  • €
  • ₽
  • ₺
  • £

"ASAN xidmət" 2014-cü ilin sonunadək bütün ölkə ərazisini əhatə edəcək

"ASAN xidmət" 2014-cü ilin sonunadək bütün ölkə ərazisini əhatə edəcək
09.12.2013 12:52
"ASAN xidmət"in 2014-cü ilin sonunadək ümumilikdə bütün ölkə ərazisini əhatə etməsi gözlənilir. Trend xəbər verir ki, bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilmiş "dəyirma masa"da bildirib.Tədbirdə "İnsan hüquqlarının qorunmasında müasir informasiya texnologiyalarının rolu" mövzusunda çıxış edən Əli Hüseynli qeyd edib ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsinin ən bariz nümunəsi və bu istiqamətdə atılan addımlardan biri "ASAN xidmət"in yaradılmasıdır.O bildirib ki, "ASAN xidmət" mərkəzlərində 500 mindən artıq vətəndaşa xidmət göstərilib. Təxminən hər gün orta hesabla bu mərkəzlərdə ümumilikdə minə yaxın insana xidmət göstərilir.Komitə sədrinin fikrincə, bu mərkəzləri Azərbaycanda insan hüquqlarının qorunması və təmin edilməsi sahəsində ən bariz nümunə hesab etmək olar: "Bakı şəhəri artıq tam şəkildə "ASAN xidmət"lə əhatə olunub. Hazırda regionlarda səyyar "ASAN xidmət" göstərilir. 2014-cü ilin sonunadək isə bu xidmətin ümumilikdə bütün ölkənin ərazisini əhatə etməsi gözlənilir. Bu xidmətin fəaliyyətində aşkarlıq və şəffaflıq ən mühüm göstəricidir. "ASAN xidmət" "Gələcəyə baxış: 2020" İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsədlərə nail olunmasında ən məqbul vasitədir".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol