• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir

Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi nəzərdən keçirilir
12.04.2026 21:00

İşğaldan azad olunmuş ərazilərin zəngin su ehtiyatlarından Bakının içməli su təminatında istifadə imkanları araşdırılır.

Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının təxminən 70 %-i transsərhəd çayların payına düşür, 30 %-i isə daxili resurslardır və bu resursların böyük hissəsi Qarabağ bölgəsində cəmlənib:

“Qarabağ su ehtiyatları baxımından əsas mənbələrdən biridir. Bölgədə mövcud olan Suqovuşan və Sərsəng su anbarları mühüm rol oynayır. Sərsəng su anbarının (560 milyon kubmetr) bu il təmirinə başlanılacaq və bundan sonra həmin ehtiyatlardan Aran bölgəsində 100 min hektardan çox əkin sahəsinin suvarılmasında istifadə olunacaq. Bu məqsədlə “Tərtər” sol sahil kanalı artıq inşa edilib, “Tərtər” sağ sahil kanalının isə layihələndirilməsi aparılır və yaxın vaxtlarda tikintisinə başlanacaq”.

Z.Mikayılov əlavə edib ki, bölgədə yeni su layihələri də həyata keçirilir.

“Belə ki, Bərguşad çayı üzərində 60 milyon kubmetrdən çox tutuma malik su anbarı tikilir, Zabuxçay üzərində isə 27 milyon kubmetrlik anbar artıq istifadəyə verilib və 12 min hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Yaxın illərdə Həkəri çayı üzərində də təxminən 90 milyon kubmetr tutuma malik yeni su anbarının tikintisi planlaşdırılır. Bu anbar əsasən içməli su təminatına xidmət edəcək”.

ADSEA-nın sədri bildirib ki, hazırda Həkəri suyunun Bakıya ötürülməsi də araşdırılır:

“Əgər texniki və iqtisadi əsaslandırmalar uyğun olarsa, bu layihə hökumətə təqdim ediləcək və müsbət qərar verilərsə, həyata keçiriləcək. Qarabağ bölgəsində həyata keçirilən bu layihələr kənd təsərrüfatının inkişafına da ciddi töhfə verəcək. Ümumilikdə, bölgədə 140 min hektardan çox əkin sahəsinin suvarılması təmin olunacaq”.

Onun sözlərinə görə, əsas prioritetlərdən biri müasir suvarma texnologiyalarına keçiddir:

“Damcı və pivot suvarma üsullarının tətbiqi su itkisini azaldacaq və məhsuldarlığı artıracaq. Məqsəd hər damla sudan daha səmərəli istifadə etməkdir”

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol