• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə zorakılıq görən qadınlar proqram vasitəsilə polisə məlumat verə bilir - deputat

Türkiyədə zorakılıq görən qadınlar proqram vasitəsilə polisə məlumat verə bilir - deputat
14.04.2026 09:44

Türkiyə Böyük Millət Məclisinin deputatı Çiğdem Erdoğan qadınların hüquqlarının qorunması və sahibkarlığının inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini təklif edib.


O bildirib ki, mövcud memorandum çərçivəsində tərəflər arasında daha intensiv təcrübə mübadiləsi və qarşılıqlı səfərlər təşkil oluna bilər.


Deputatın sözlərinə görə, Türkiyədə qadınların təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan KADES mobil proqramı bu sahədə uğurlu nümunələrdən biridir. Tətbiq vasitəsilə qadınlar zorakılıq hallarında dərhal hüquq-mühafizə orqanlarına siqnal göndərə bilir. Qeyd olunub ki, proqramın yüklənmə sayı 8 milyonu keçib.


Çiğdem Erdoğan əlavə edib ki, tətbiqin fəaliyyəti Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən və zorakılıq hallarını izləyən xüsusi mərkəz tərəfindən koordinasiya olunur.

Deputat xarici nümayəndə heyətlərinin bu sistemi yerində tanıması üçün Türkiyəyə dəvət oluna biləcəyi vurğulanıb.


Deputat həmçinin qeyd edib ki, Türkiyədə qadın sahibkarlığının təşviqi məqsədilə qrant və dəstək proqramları genişləndirilib, on minlərlə qadın öz biznesini qurub. Xüsusilə texnologiya yönümlü təşəbbüslərə dəstəyin artırıldığı, qadınların süni intellekt və rəqəmsal iqtisadiyyata cəlb edildiyi bildirilib.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol