• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir

Kapital Bank enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir
14.04.2026 11:32

 

Ölkənin birinci bankı Kapital Bank dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə imzalayıblar.

Tərəflər enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi və şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinq qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.

Samir Axundov öz çıxışında ölkənin aparıcı bankları ilə imzalan bu müqavilənin  verəcəyi töfhələri vurğulayıb. Kapital Bank-la 2018-ci ildən etibarən tərəfdaşlığın  olduğunu diqqətə çatdıran Samir Axundov yeni istiqamətdə əməkdaşlığın da uğurlu olacağından əminlik ifadə edib. 

Fərid Hidayətzadə isə çıxışında yaşıl layihələrin maliyyələşdirilməsinin  Kapital Bank üçün prioritet istiqamətlərdən olduğunu qeyd edib. O, bildirib ki, bu çərçivədə sahibkarlara yaşıl kreditlər təqdim olunur, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi layihələr dəstəklənir. Həmçinin o, EMTA ilə imzalanan əməkdaşlıq müqaviləsinin güzəştli maliyyələşdirmənin genişləndirilməsinə xidmət etməklə yanaşı, resurslardan daha səmərəli istifadəsinə və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyini qeyd edib. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol