• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda avaralıq və dilənçiliklə məşğul olanların sayı 51,9% artıb - RƏSMİ

Azərbaycanda avaralıq və dilənçiliklə məşğul olanların sayı 51,9% artıb - RƏSMİ
09.04.2026 11:02

Azərbaycanda 2025-ci ildə avaralıq və dilənçiliklə məşğul olan azyaşlıların sayı artaraq, 616 nəfərdən 936 nəfərə yüksəlib (51.9% artım qeydə alınıb). Bu barədə Nazirlər Kabinetinin 2025-ci il hesabatında qeyd olunub. 

Uşaqlarını nəzarətsiz qoyan və onları dilənçiliyə cəlb edən 511 valideyn barəsində inzibati protokol tərtib olunub. 2024-cü ildə belə valideynlərin sayı 354 nəfər olub. 

Milli məclisin deputatı Ceyhun Məmmədov bildirir ki, dilənçiliyin artmasına səbəb asan həyata və asan qazanca meyillilikdir.

"Azərbaycan cəmiyyətində bir tendensiya var. Daha çox asan həyata və asan qazanca meyillik var. Eyni zamanda burada mənəvi dəyərlərdə öz sözünü deyir. Ailə üzvlərinin bu məsələyə yanaşması da əsas yer tutur. Əvvəlki dövrdə insanlar avaraçılığa, dilənçiliyə meyil etmirdilər. İnsanlarda utanma,  çəkinmə var idi. Elə ailələr var ki, öz övladını buna təhrik edirlər. Biz müşahidə etsək, bəzən ailələr kənarda oturub, uşaqlarının dilənçilik etmələrini izləyirlər. Valideynin bu prosesdə iştirakı olmadan uşaq buna gedə bilməz. Bununla bağlı proflaktik tədbirlər görülür.  Amma artıq cərimələr olduğu təqdirdə hesab edirəm ki, bu prosesə öz təsirini göstərəcək. İnsan başa düşəcək ki, bunu etsə cərimələnəcək. Ona görə də bu işdən uzaqlaşacaq",- o bildirib.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, dilənçilik kasıbçılıqdan irəli gəlir.

"Pul olmadığı üçün məcbur dilənirlər. Oğurluq etməmək üçün bu yolu seçirlər. Bunun qarşsını almaq üçün işsizliyi aradan qaldırmaq lazımdır. Ölkədə işsizlərin  sayı çoxdur. Valideyn görür ki, uşağı dolandıra bilmir. Məcbur diləndirir",- o bildirib.

İnzibati Xətalar Məcəlləsinin 523-1-ci maddədə edilən dəyişikliyə görə, dilənçiliklə məşğul olanlar cərimələnəcək.  Dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə, iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Müxtəlif qanun pozuntularına görə polis orqanlarına və xüsusi mərkəzlərə gətirilən azyaşlıların sayı 7 289 nəfər təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1 523 nəfər və ya 26% çoxdur. 

2025-ci ildə 583 azyaşlı polis qeydiyyatına götürülüb (2024-ci il bu rəqəm 366 olub), 510 material isə yerli komissiyalara göndərilib (2024 ci il  490 olub).

İstiqamət: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentlinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol