• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat təklif edir ki, minimum əməkhaqqı ilə orta maaş arasında fərq azaldılsın

Deputat təklif edir ki, minimum əməkhaqqı ilə orta maaş arasında fərq azaldılsın
17.04.2026 11:25

Hazırda minimum əməkhaqqı orta aylıq əməkhaqqının 36,3%-nə bərabərdir ki, bu da qlobal səviyyədə daha optimal hesab edilən 55–60% göstəricisindən xeyli aşağıdır. Bunu deputat Vüqar Bayramov deyib. 

Bayramov qeyd edib ki, Avropa İttifaqına üzv olan yüksək gəlirli ölkələrdə minimum əməkhaqqı orta maaşın 60%-dən çoxunu təşkil edir.

Deputatın fikrincə, minimum və orta əməkhaqqı arasındakı fərqin azaldılması median əməkhaqqının artmasına və aşağı gəlirli işçilərin sosial müdafiəsinin güclənməsinə xidmət edə bilər.

O həmçinin bildirib ki, ölkədə minimum əməkhaqqının artırılması artıq ildə azı bir dəfə nəzərdən keçirilməsi qanunla təsbit olunub və bu mexanizm onun sistemli şəkildə tənzimlənməsinə imkan yaradır.

“Minimum əməkhaqqı artırılarkən orta maaşla nisbət nəzərə alınmalı və daha yüksək artımların tətbiqi məqsədəuyğundur,” – deputat əlavə edib.

Son statistikaya görə Azərbaycanda orta aylıq əməkhaqqı 1 099 manat təşkil edib.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol