• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş arvadını öldürüb, evini və maşınını yandırıb intihar edib

Keçmiş arvadını öldürüb, evini və maşınını yandırıb intihar edib
17.04.2026 15:32

Bakı şəhərinin Binəqədi rayonunda fərdi yaşayış evində baş verən yanğın və iki nəfərin ölümü ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 17-də saat 12 radələrində “Baksol yolu” adlanan ərazidə qeydə alınıb. Yanğının söndürülməsi üçün dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus 90 kvadratmetr sahəsi olan evin dam örtüyü və iki otağı, habelə həyətdə yerləşən talvar və “BMW” markalı minik avtomobili yanıb. Yaxınlıqdakı digər fərdi yaşayış evində də dam örtüyü və otaqlar zərər görüb.

Hadisə yerinə baxış zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkarlanıb.

İlkin araşdırmaya əsasən, Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşını qəsdən öldürdükdən sonra evi və avtomobili yandırdığı, daha sonra isə intihar etdiyi ehtimal olunur.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci maddələri ilə cinayət işi başlanıb, istintaq davam edir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol