• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuatda Baş nazir Əli Əsədovun mümkün biznes aktivləri ilə bağlı material dərc edilib

Mətbuatda Baş nazir Əli Əsədovun mümkün biznes aktivləri ilə bağlı material dərc edilib
17.04.2026 17:05

Azərbaycanın Qafqazinfo nəşri Baş nazir Əli Əsədovun Bakıda və ölkənin digər ərazilərində yerləşən bir sıra kommersiya obyektləri, restoranlar, hotel aktivləri və tikinti layihələri ilə əlaqəli ola biləcəyini iddia edən material yayıb.

Nəşrin yazdığına görə, Əsədovla əlaqələndirilən obyektlər sırasında Bakıda yerləşən “Manqal”, “Beer Hall” və “Narşərab” restoranları, “Sapphire” hoteli, eləcə də müxtəlif ünvanlarda yerləşən yaşayış və qeyri-yaşayış binaları göstərilib.

Qafqazinfo bu aktivlərin dəyərinin milyonlarla manatla ölçülə biləcəyini qeyd edib.

Məqalədə həmçinin Səbail, Xətai, Yasamal, Sabunçu və Qaradağ rayonlarında yerləşdiyi deyilən ofis binaları, yaşayış kompleksləri və digər tikinti layihələrinin də Baş nazirlə bağlı ola biləcəyi iddia olunur. Bakının Bayıl adlanan ərazisində yerləşən bir neçə çoxmərtəbəli tikilini də bu siyahıya daxil edilib.

"Azərbaycanda məmurların əmlakı, mümkün maraq toqquşmaları və vəzifə səlahiyyətlərindən şəxsi maraqlar üçün istifadə olunması ilə bağlı məsələlər ictimai müzakirə mövzusu olaraq qalır",  -  Qafqazinfo yazıb.

Nəşr bu kontekstdə Prezident İlham Əliyevin korrupsiya, vəzifədən sui-istifadə və məmur davranışı ilə bağlı açıqlamalarını da xatırladıb.

Materialda Əli Əsədovun idarəçilik və media ilə münasibətlərinə dair başqa iddialar da yer alıb, lakin nəşr Baş nazirin mövqeyini təqdim etməyib.

Baş nazirin mətbuat xidməti Anews-un sorğusuna operativ cavab verməyib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol