• $
  • €
  • ₽
  • ₺
  • £

Kürdə suyun səviyyəsi artıb

Kürdə suyun səviyyəsi artıb
18.04.2026 15:16

Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib.

“Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəkdir”, – məlumatda qeyd olunub

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol