• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluqdan stomatoloji klinikada baş verən ölüm faktı ilə bağlı məlumat

Prokurorluqdan stomatoloji klinikada baş verən ölüm faktı ilə bağlı məlumat
07.12.2013 16:46

Klinikanın fəaliyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət olunub

Bakı şəhər Prokurorluğu Bakıda stomatoloji klinikada baş verən ölüm faktı ilə bağlı məlumat yayıb.

 

Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətindən  verilən məlumata görə, dekabrın 5-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “VİP DENTAL” özəl stomatoloji klinikada Məmmədov Elçin Seyfulla oğlunun üzərində keçirilən cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında məhkəmə-tibbi ekspertin iştirakı ilə zəruri kriminalistik vasitələrdən istifadə edilməklə hadisə yerinə baxış keçirilib, Elçin Məmmədovun meyiti xarici müayinə olunub.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış Hüseyn oğlu qeyd edilən tarixdə ona müraciət etmiş E.Məmmədovun çənə nahiyyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşib və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq vəfat edib.

 

E.Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə zəruri ekspertizalar təyin edilib, eyni zamanda klinikanın fəaliyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

Qeyd edək ki, ölüm hadisəsi dekabrın  5-də Bakıdakı "VİP Dental" stomatoloji klinikasında baş verib. Orada dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib.

 

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol