• $
  • €
  • ₽
  • ₺
  • £

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
20.04.2026 18:30

Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi çərçivəsində, müsabiqənin qaydalarına uyğun olaraq təhsil və staj tələblərini ödəyən, lakin sertifikatlaşdırma, diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi üzrə nəticəsi olmayan və ya müəyyən edilmiş tələblərdən aşağı nəticə göstərən direktorlar, direktor müavinləri, həmçinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar üçün ixtisas biliklərinin yoxlanılması məqsədilə test imtahanı keçiriləcək.

İmtahan namizədlərin ixtisas fənlərinə uyğun olaraq 2, 3, 10 və 11 may 2026-cı il tarixlərində təşkil olunacaq. Bu istiqamətdə daha əvvəl keçirilmiş imtahana dəvət olunmuş şəxslərin sözügedən imtahanda iştirakı nəzərdə tutulmur.

Vətəndaşlar 23 aprel 2026-cı il saat 17:00-dək çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil idarəetmə orqanına müraciət edərək imtahanda iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müraciət zamanı şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında sənədin təqdim edilməsi tələb olunur.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol