• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib

AQTA Hipp uşaq qidası ilə bağlı məsələyə aydınlıq gətirib
20.04.2026 18:44

Mediada “Hipp” əmtəə nişanlı uşaq qidası bankalarında siçan zəhərinin aşkarlanması ilə bağlı yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.

Agentlikdən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən uyğunsuzluq faktı Avstriyada qeydə alınıb və məsələ həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən kriminal hal kimi araşdırılır.

AQTA-nın məlumatına görə, məhsulların bəzilərində qablaşdırmaya müdaxilə edildiyi ehtimal olunur. Bu isə hadisənin istehsal mərhələsində deyil, paylanma və ya pərakəndə satış zəncirində qəsdən törədilmiş təxribat xarakteri daşıdığını göstərir.

“Uyğunsuzluq aşkarlanan məhsul 190 qramlıq qablaşdırmada məhdud sayda istehsal olunub və həmin çəkidə olan məhsullar Azərbaycana idxal edilməyib”, -  AQTA vurğulayıb.
Agentlik qeyd edib ki, hazırda digər qablaşdırmada satışı həyata keçirilən məhsullar ölkəyə idxal olunarkən müvafiq qaydada yoxlanılıb və yalnız bundan sonra dövriyyəsinə icazə verilib.

Bununla yanaşı, məsələnin həssaslığı və mediada geniş yayılması nəzərə alınaraq, AQTA müfəttişləri tərəfindən satışda olan həmin məhsullardan təkrar nümunələrin götürülməsi nəzərdə tutulur.

“Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - agentlik bildirib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol