Bakıda daha bir körpə doğuş zamanı öldü

Bakıda doğum evlərindən birində yeni doğulan körpə oğlan uşağı ölüb. Anspress-in məlumatına görə, hadisə 7 saylı doğum evində baş verib.Xəstəxanadan Anspress-ə verilən məlumata görə, dünən axşam Bakı şəhəri 7 saylı doğum evində həkimlər körpəsi ölən Naxçıvan sakini, 1982-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Əsgərovanın həyatı uğrunda mübarizə aparır. Xəyalə reanimasiyaya yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ümidvericidir. Hadisə yerinə 25-ci polis bölməsinin əməkdaşları da gəliblər. Məlumata görə, bu, X.Əsgərovanın ilk övladı olub və doğuş normal yolla həyata keçirilib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























