• $
  • €
  • ₽
  • ₺
  • £

Bahar Muradova: Azərbaycan azad ərazilərdə yeni şəhərsalma modeli yaradır

Bahar Muradova: Azərbaycan azad ərazilərdə yeni şəhərsalma modeli yaradır
23.04.2026 15:31

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə post-münaqişə dövründə şəhərsalma sahəsində yeni model formalaşdırır və bu təcrübə beynəlxalq səviyyədə də diqqət çəkir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, Azərbaycan bu sahədə bir çox ölkələrdən fərqli olaraq böyük təşəbbüslərlə çıxış edir və ölkənin rolu getdikcə daha görünən olur.

Onun sözlərinə görə, Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu 13 bu baxımdan strateji əhəmiyyət daşıyır.

Muradova bildirib ki, son illərin ictimai-siyasi və post-münaqişə reallıqları fonunda şəhərsalma artıq yalnız infrastrukturun bərpası və dağıdılmış ərazilərin yenidən qurulması məsələsi deyil.

“Bu, ilk növbədə, milli inkişaf, əhalinin maraqlarının nəzərə alınması, sosial ədalətin və təhlükəsizliyin təmin olunması məsələsidir”, - o deyib.

Komitə sədrinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, həmçinin müasir urban idarəetmə modellərinin formalaşdırılması ilə müşayiət olunur.
O qeyd edib ki, bu yanaşma Azərbaycanın şəhərsalma sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və yeni nümunə yaratdığını göstərir.

Muradova deyib ki, qlobal miqyasda şəhərsalma getdikcə daha çox insan mərkəzli yanaşmaya əsaslanır və bu model yalnız fiziki infrastrukturun qurulmasını deyil, insanların rifahını, təhlükəsizliyini və sosial ədaləti də əhatə edir.

Onun fikrincə, Azərbaycanın əldə etdiyi nəticələr yalnız münaqişənin həlli və davamlı nizamlanma baxımından deyil, həm də həmin münaqişənin nəticələrinin aradan qaldırılması və yeni standartlara uyğun yaşayış mühitinin yaradılması baxımından nümunə sayıla bilər.

Muradova əlavə edib ki, BMT-Habitat kimi beynəlxalq qurumlar inklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin qurulmasını prioritet istiqamət kimi müəyyən edir və Azərbaycanın bu proseslərdə fəal iştirakı ölkənin beynəlxalq platformalarda artan rolunu göstərir.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol