Bakıda minik avtomobili yük maşınına çırpılıb, 4 nəfər ölüb

Paytaxtın 20 Yanvar dairəsində dəhşətli qəza baş verib.APA-nın məlumatına görə, 01 BL 554 dövlət nömrə nişanlı “Daewoo Nexia” tuneldən çıxaraq qarşısındakı “Shagman” markalı yük avtomobilinə çırpılıb. Nəticədə sürücü və 3 nəfər sərnişin ölüb. Hadisə yerinə gəlmiş FHN-nin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























