• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Bayramov: Təəssüf ki, iri sahibkarlar arasında qadınlar yoxdur

Vüqar Bayramov: Təəssüf ki, iri sahibkarlar arasında qadınlar yoxdur
23.04.2026 16:36

Şəhərsalma siyasətində inklüzivlik yalnız ümumi əlçatanlıq məsələsi kimi deyil, həm də gender prizmasından qiymətləndirilməlidir. Bunu deputat Vüqar Bayramov "Memarlıq və Şəhərsalma ili" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusunda çıxışı   zamanı səsləndirib.

Onun sözlərinə görə, şəhərlərin, binaların, yolların və digər infrastrukturun layihələndirilməsi zamanı qadınlar və uşaqlarla bağlı meyarların nəzərə alınması vacibdir və bu yanaşma qanunvericilikdə də əksini tapmalıdır.

“İnklüzivlik təkcə xidmətlərə, infrastruktura və iş yerlərinə çıxışla məhdudlaşmır. Bu, eyni zamanda gender məsələsidir. Çünki burada qadınların və uşaqların xidmətlərə, iş yerlərinə çıxışının təmin olunmasından söhbət gedir”, -  Bayramov bildirib.

Deputat qeyd edib ki, beynəlxalq praktikada da şəhərsalmada qadın amilinə xüsusi diqqət yetirilir.

 Onun sözlərinə görə, BMT-nin Layihə Xidmətləri Ofisi bu istiqamətdə inklüziv yanaşmanın təşviqini dəstəkləyir, bəzi ölkələrdə isə “Cities for Women” yanaşması tətbiq olunur.

“Bu yanaşmada dizayn, xidmətlərə əlçatanlıq və şəhər mühitində qadınların maraqlarını nəzərə alan indikatorlardan istifadə ön plana çıxır. Şəhərsalmada dizayn qadınlar və uşaqlar üçün xidmətlərin əlçatanlığını artırmalı, eyni zamanda qadın sahibkarlığını stimullaşdırmalıdır”, - deputat deyib.

Bayramov vurğulayıb ki, Azərbaycan üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. 


Deputat bildirib ki, qadın sahibkarlığının inkişafı iqtisadiyyatın dayanıqlılığı baxımından mühüm əhəmiyyət daşıyır.

“Hazırda mikro sahibkarlıqda qadınların payı 25 faiz, kiçik sahibkarlıqda 18 faiz, orta sahibkarlıqda isə təxminən 7 faizdir. Amma iri sahibkarlıqda qadın sahibkarlarımız yoxdur”, -  o qeyd edib.

Onun sözlərinə görə, sahibkarlıq miqyası böyüdükcə qadınların təmsilçiliyi azalır və bu, iqtisadiyyatda ciddi disbalansın göstəricisidir.

“Mikro sahibkarlıqdan iri sahibkarlığa doğru keçiddə qadın sahibkarların sayında kəskin azalma müşahidə olunur. Bu isə həm iqtisadiyyatın dayanıqlılığı, həm də inklüzivliyi baxımından çağırış yaradır”, - Bayramov əlavə edib.

Deputat hesab edir ki, dayanıqlı və balanslaşdırılmış iqtisadiyyat yalnız yaradılan dəyərdən bütün cəmiyyətin faydalanmasını deyil, həm də qadınların bu dəyərin yaradılmasında fəal iştirakını təmin etməlidir.

“İnklüziv iqtisadiyyat o iqtisadiyyatdır ki, orada qadınların və uşaqların həm yaradılan yeni dəyərdən faydalanması, həm də həmin dəyərin formalaşmasında iştirakı təmin olunur”, -  o bildirib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol