• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat təklif edir ki, ölkədə bütün qadınlar pulsuz ali təhsil alsın

Deputat təklif edir ki, ölkədə bütün qadınlar pulsuz ali təhsil alsın
23.04.2026 16:53

 


Azərbaycanda memarlıq və şəhərsalma sahəsində qadın iştirakına sosial memarlıq prizmasından yanaşılmalı, xüsusən regionlarda qadın memarların və qadın sahibkarların sayı artırılmalıdır. Bu fikirləri deputat Razi Nurullayev "Memarlıq və Şəhərsalma ili" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusunda çıxışı   zamanı səsləndirib.


 Deputat bildirib ki, şəhərlərlə müqayisədə region və rayonlarda qadınların memarlığın inkişafındakı rolu daha zəifdir və bu fərqin aradan qaldırılması üçün sistemli addımlar atılmalıdır.

“Sosial memarlıq deyəndə ilk növbədə qadının ailənin və cəmiyyətin formalaşmasındakı rolunu nəzərdə tuturam. Qadın hər bir evin sosial memarıdır”, - deputat deyib.

O qeyd edib ki, qadınların təhsil imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. 

“Azərbaycanda oxumaq istəyən bütün qadınlar üçün, topladığı baldan asılı olmayaraq, pulsuz təhsil imkanları yaradılmalıdır. Çünki ailəni formalaşdıran qadındır, ailələr isə cəmiyyəti qurur”, - o bildirib.

Deputat həmçinin qadınların iqtisadi imkanlarının artırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda qadın sahibkarların sayı hələ də azdır və bu istiqamətdə əlavə stimullara ehtiyac var.

O bildirib ki, qadın sahibkarlığını inkişaf etdirmək üçün onlara daha əlverişli şərtlərlə kreditlərin verilməsi mümkündür. 

Deputat qeyd edib ki, bu cür təşviqlərin sui-istifadəyə səbəb ola biləcəyi ilə bağlı arqumentlər qadınların iqtisadi fəallığının artırılmasına mane olmamalıdır.

“Əgər qadın sahibkarlığını inkişaf etdirmək istəyiriksə, qadınlara daha üstün şərtlərlə kreditlər verilə bilər. Bundan qorxmaq lazım deyil. Cəmiyyət həmin qadınla birlikdə inkişaf edəcək”, - deputat deyib.

Onun sözlərinə görə, memarlıq ili çərçivəsində əsas məqsədlərdən biri memar qadınların sayının artırılması, eləcə də memarlıqla bağlı qadın sahibkarlıq subyektlərinin genişləndirilməsi olmalıdır.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol