• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi xidmətdən yayınmaya görə rüşvət alanlar həbs edilib - Rəsmi

Hərbi xidmətdən yayınmaya görə rüşvət alanlar həbs edilib - Rəsmi
24.04.2026 09:53

Azərbaycanda hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon idarəsi, eləcə də Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz fəaliyyəti ilə bağlı cinayət işləri başlanıb.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər vətəndaşların hərbi təlim toplanışlarından yayındırılması, hərbi xidmətdən möhlət verilməsi, ölkədən çıxış məhdudiyyətinin tətbiq olunmaması kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət alıblar.

Toplanmış sübutlar əsasında 8 nəfərə Azərbaycan Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri (təkrar, qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsi onların barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçib.

İstintaq tədbirləri davam etdirilir və digər mümkün təqsirli şəxslərin məsuliyyətə cəlb olunacağı istisna edilmir.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol