• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti iclas keçirib

Nazirlər Kabineti iclas keçirib
24.04.2026 13:21

Azərbaycanda su ehtiyatlarının idarə olunması və əsas su anbarlarının iş rejimlərinin optimallaşdırılması məsələsi Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclasında müzakirə edilib.

Nazirlər Kabinetinə istinadən verilən məlumata görə, iclas Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə keçirilib. Gündəliyə əsasən, gursululuq dövründə ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi və optimallaşdırılması diqqət mərkəzində olub.

Komissiya 2020-ci il 15 aprel tarixli prezident sərəncamı ilə yaradılıb və ölkədə su ehtiyatlarının idarə olunmasının koordinasiyasını həyata keçirir.

İclasda Kür çayı üzərində yerləşən Şəmkir-Yenikənd-Mingəçevir-Varvara, Araz çayı üzərində Araz-Xudafərin-Qız Qalası, eləcə də Samur çayı hövzəsinə daxil olan Taxtakörpü-Ceyranbatan su anbarları sistemlərinin iş rejimləri müzakirə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlarına istinadən bildirilib ki, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha yüksək olması gözlənilir.

Kür çayı və onun qollarında – Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər ərazilərdə yağıntılar fonunda sululuğun artdığı, bəzi bölgələrdə isə mühafizə bəndlərinə təzyiqin yüksəldiyi qeyd olunub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yerli qurumların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini, vəziyyətin nəzarətdə saxlanıldığını və artıq su həcmlərinin Xəzər dənizinə təhlükəsiz şəkildə ötürülməsi üçün tədbirlərin davam etdiyini bildirib.

İclasın sonunda Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə təhlükəsiz su axınının təmin olunması və su anbarlarının iş rejiminə ciddi riayət edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol