• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qulluğuna qəbul zamanı daha bir yenilik

Dövlət qulluğuna qəbul zamanı daha bir yenilik
06.12.2013 18:04
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətə başladığı gündən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrin şəffaf və açıq olması üçün daim yeniliklər tətbiq edir. ANN.Az-ın məlumatına görə, Komissiyanın bu sahədə növbəti yeniliyi dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarının onlayn izlənməsi imkanıdır.Artıq hər bir Azərbaycan vətəndaşı, o cümlədən media və qeyri-hökumət təşkilatlarının nümayəndələri test imtahanının gedişini onlayn izləyə biləcəklər. Bu, imkan dövlət qulluğuna qəbulla bağlı Komissiyada qeydiyyatdan keçmiş namizədlərin özləri, valideynləri və yaxınları üçün daha böyük önəm daşıyır. Belə ki, artıq namizədlərin valideynləri, yaxınları, o cümlədən istənilən maraqlı şəxs (media və QHT nümayəndələri də daxil olmaqla) internet bağlantısı olduğu təqdirdə evdən, iş yerindən və ya internetə çıxışı olan mobil telefondan test imtahanının gedişini müşahidə edə biləcəklər.4, 25 oktyabr, 5 və 20 noyabr tarixdə elan olunmuş müsabiqənin hazırda keçirilən test imtahanı mərhələsini canlı müşahidə etmək istəyən şəxslər Komissiyanın www.dqmk.gov.az ünvanlı İnternet saytının “Namizədlərin nəzərinə” bölməsinin “Test imtahanlarının gedişinin canlı izlənilməsi” alt bölməsinə daxil olmaqla onlayn izləyə bilərlər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol