• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polislərə xüsusi güzəştlər ediləcək

Azərbaycanda polislərə xüsusi güzəştlər ediləcək
06.12.2013 17:36
Azərbaycanda məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşları üçün xüsusi sığorta güzəştləri tətbiq olunacaq.Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi müzakirə olunub.Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına icbari sığorta ilə bağlı xüsusi güzəştlər veriləcək.Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.Bundan başqa, dəyişikliklərdən sonra artıq qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək. Belə ki, maddədəki müvafiq bəndlərdən tələb olunan sənədlər siyahısından "notariat qaydasında təsdiq edilmiş" sözlərinin çıxarılması nəzərdə tutulur.Millət vəkilləri dəyişikliklərin Milli Məclisin plenar iclasına çıxarılması haqqında qərar qəbul edib.Qanun layihəsi parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq. (Trend)
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol