• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Baytarlıq Xidmətindən XƏBƏRDARLIQ

Dövlət Baytarlıq Xidmətindən XƏBƏRDARLIQ
06.12.2013 17:20
Azərbaycanda aparılan baytarlıq tədbirlərinə baxmayaraq son vaxtlar vətəndaşlar və heyvan sahibləri tərəfindən mal-qara arasında dərman maddələrindən zəhərlənmələr, hətta ölüm hallarının da baş verməsi faktları qeydə alınıb.Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Baytarlıq Xidmətinə çoxsaylı şikayət və müraciətlər daxil olub. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, məsələ ilə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən, Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova ölkədə baytarlıq təbabəti fəaliyyətini gücləndirmək məqsədi ilə əmr imzalayıb. Sənədə əsasən, rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə xidmət etdikləri inzibati ərazilərdə dövlət orqanlarında qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, tərkibi şübhəli, yararlıq müddəti bitmiş, saxta, keyfiyyətsiz və satışı qadağan olunan bioloji preparatların və dərman maddələrinin satışının qarşısını almaq məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirmələri vurğulanır. Eyni zamanda əmrdə bu sahədə qanunvericiliyin pozulmasında təqsirli bilinən hüquqi və fiziki şəxslərin qanuna uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini təmin etmələri, ərazidə qanunsuz fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətinin dayandırılması istiqamətində tədbir görmələri tapşırılıb. Məlumata görə, Dövlət Baytarlıq Xidməti Aparatının müfəttişlik sektoruna mülkiyyət formasından asılı olmayaraq, ölkə ərazisində dərman maddələrinin alqı-satqısı ilə məşğul olan fiziki və hüquqi şəxslərin obyektlərində vaxtaşırı dövlət baytarlıq nəzarətini həyata keçirmələri, obyektlərdə aşkar olunan dövlət qeydiyyatından keçməyən, yararlıq müddəti bitmiş, tərkibi şübhəli, mənşəyi məlum olmayan baytarlıq preparatlarını götürülərək məhv olunmasını təmin etmələri, o cümlədən belə hallar baş verən ərazi baytarlıq idarələrinin rəisləri haqqında tədbir görülməsi üçün Dövlət Baytarlıq Xidmətinin rəhbərliyinə təklif verilməsi həvalə olunub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol