• $
  • €
  • ₽
  • ₺
  • £

“Caspian Agro Week” sərgisində xarici ölkələrin sayında təxminən 50 faiz artım var- Anar Cəfərov

“Caspian Agro Week” sərgisində xarici ölkələrin sayında təxminən 50 faiz artım var- Anar Cəfərov
28.04.2026 11:40

Bakıda keçirilən “Caspian Agro week” sərgisinin formatı genişləndirilərək artıq daha uzunmüddətli və əhatəli platformaya çevrilib. Bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov deyib.

Onun sözlərinə görə, ötən ildən etibarən sərginin 4 gün davam etməsi iştirakçıların marağını əhəmiyyətli dərəcədə artırıb.

" “Caspian Agro week” artıq dövlət və özəl sektor, eləcə də yerli və xarici şirkətlər arasında mühüm əməkdaşlıq platforması kimi formalaşıb. Bu səbəbdən sərginin müddətinin artırılması gözlənilən addım olub. Ötən il keçirilən sərgidə xarici ölkələrin  iştirakına böyük maraq göstərilib. Bu il isə xarici ölkələrin sayında təxminən 50 faiz artım müşahidə olunub. Xarici ölkələrin sərgidə iştirakı onların məhsullarını daha geniş təqdim etməsinə və yerli bazarla əməkdaşlığın güclənməsinə şərait yaradır",- Sədr vurğulayıb.

Cəfərov əlavə edib ki, sərginin əsas istiqamətlərindən biri də rəqəmsallaşma və innovativ həllərin təqdimatıdır. Bu il bir çox yerli və xarici şirkət stendlərində müasir texnologiyalar və rəqəmsal həllər nümayiş etdirilir. Həmçinin ilk dəfə olaraq sərgi çərçivəsində bir həftə ərzində 5 forum və xarici ölkələrin nazirlərinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Bu tədbirlər aqrar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol