• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun

DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun
28.04.2026 12:58

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

bu barədə DİN-dən bildirilib.

Qeyd olunub ki, sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda tez-tez “brend məhsullar çox ucuz qiymətə satılır” kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür: "İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür. Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir. Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, “son fürsət”, “məhdud sayda” kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir. Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir".

DİN vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir: 

Şübhəli linklərə daxil olmayın 

Saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın 

Alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin 

Emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın 

Qeyd olunub ki, belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir: "Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin. Unutmayın, onlayn platformalarda diqqətli davranmaq hesabınızdakı vəsaiti qorumağın ən etibarlı yoludur".

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol