• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Parlemintində Xocalıya Ədalət kampaniyası

Avropa Parlemintində Xocalıya Ədalət kampaniyası
06.12.2013 16:04
Avropa Parlamentində “Etnik təmizləmə və İnsanlıq Əleyihinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət” (“İmpunity and Responsibilities after Crime against Humanity and Ethnic Cleansing”) adlı beynəlxalq konfrans keçirilib. Bu barədə ANN.Az-a Dini Komitənin mətbuat xidmətindən məlumat verilib.İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyan “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat Kampaniyası çərçivəsində, İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMİSCO beynəlxalq təşkilatı tərəfindən təşkil edilən, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Avropa Parlamentinin Brusseldəki Mənzil qərərgahında baş tutan konfransda AP-nin müxtəlif ölkələrdən olan deputatları, Belçikada akreditə olunmuş xarici ölkələrin səfirləri, o cümlədən müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər."Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının koordinatoru Sevinc İsgəndərovanın verdiyi məlumata görə konfransın açılış mərasimdə Avropa Parlamentinin Avstriyadan olan millət vəkili Karin Kadenbadic və Saccad Karim çıxış edərək bütün dövrlərdə, xüsusilə də Xocalıda insanlıq əyeyhinə törədilən qətliyamları pisləyib, bunun dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildirib, həmçinin bəşəriyyətə qarşı addım kimi dəyərləndiriblər. Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İƏT-in Avropa Briliyi üzrə nümayəndəsi Arif Məmmdəov, çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın işğalı, o cümlədən bir milyondan artıq məcburi köçkünün olması barədə məlumat vermiş, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldığını diqqətə çatdırıb.Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini panel müzakirəsi ilə davam etdirib."Xocalıya Ədalət" beynəlxalq təbliğatat kampaniyasının koordinatoru Sevinc İsgəndərova tərəfindən kampaniyanın təqdimatı olmuş, məruzəçilər Jean Mukimbiri, Mark Barwick, Özbil Bıyıklı, Vüsal Qurbanov və Amir Foratan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərin bütün bəşəriyyətə zərər verdiyini, bu cinayətləri törədənlərin cəzasız qalmamalarının vacibliyi vurğulayıb, Ermənistanın təcavüzü nəticəsində Xocalıda törətdilən vəhşiliklər pisləyib, bu cinayətin soyqırım aktı olduğu və ona Ruanda, Srebrenisa, Sudanda törədilmiş soyqırımlar kimi beynlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar. Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanaraq beynəlxalq təşkilatlara təqdim edilib.Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası ("Justice for Khodjaly") 2009-ci ildən həyata keçirilir. Kampaniya tərəfindən aparılan çoxsaylı fəaliyyət nəticəsində Xocalı qətliamı İƏT Dövlət baççıları Şurası və Parlament Assambleyası, həmçinin Pakistan və Meksika parlamentləri tərəfindən soyqırım aktı kimi tanınıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol