• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokuror Mərakeşə səfər edib

Baş prokuror Mərakeşə səfər edib
28.04.2026 18:05

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mərakeşli həmkarı Hicham El Blaouinin dəvəti ilə Rabat şəhərində işgüzar səfərdədir.Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Mərakeş Prokurorluğunda keçirilən görüşdə Baş prokuror Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Mərakeş Azərbaycan üçün dost ölkədir və beynəlxalq platformalarda mütəmadi olaraq Azərbaycanla həmrəy mövqe nümayiş etdirib. Xüsusilə son illərdə ölkələr arasında qarşılıqlı əlaqələr dövlət başçıları Prezident İlham Əliyev və əlahəzrət Kral VI Məhəmmədin uzaqgörən siyasəti və səyləri nəticəsində daha da dərinləşib. Dövlət rəhbərləri arasında mövcud səmimi münasibətlər isə qurumlar arasında əməkdaşlığın inkişafına rəvac verir.

Öz növbəsində, Hicham El Blaoui qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Mərakeş Krallığı Prokurorluğunun fəaliyyəti barədə məlumat verən ev sahibi son illərdə Azərbaycan Prokurorluğuda həyata keçirilmiş köklü islahatlar və tətbiq edilmiş yeni institutlar nəticəsində fəaliyyətin səmərəliliyinin artırılması barədə məlumatlı olduqlarını qeyd edib, Azərbaycanın təcrübəsinin, xüsusilə prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və cinayət təqibinin rəqəmsallaşdırılması ilə bağlı görülən işlərin onların üçün xüsusi maraq kəsb etməsini və təcrübə mübadiləsinin həyata keçirilməsini istədiklərini bildirib.

Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, o cümlədən transmilli cinayətlər və maliyyə cinayətlərinin istintaqı, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Mərakeş Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, ailə və uşaq hüquqlarının qorunması, mülki işlərdə dövlət maraqlarının müdafiəsində prokurorluğun rolu, korrupsiya hallarına qarşı mübarizə tədbirləri, o cümlədən müvafiq Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı Mərakeş Prokurorluğunun təcrübəsi barədə məlumat verilib.

Görüş zamanı gələcəkdə qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ətrafında müzakirə aparılaraq razılıq əldə edilib.

Görüşdə ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səfərov da iştirak edib.

Nümayəndə heyətinin səfəri davam edir, digər dövlət qurumlarının rəhbərləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol