• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada maskalı şəxslər evə basqın etdi

Zaqatalada maskalı şəxslər evə basqın etdi
06.12.2013 15:38
Azərbaycanın Zaqatala rayonunda silahlı və maskalı şəxslər diş texnikinin evinə basqın ediblər.Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində qeydə alınıb. Məlumata görə, dekabrın 5-dən 6-na keçən gecə saat 04.00 radələrində, kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Qurqunayevin evinə gələn 3 nəfər naməlum maskalı şəxslər ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək pul tələb ediblər. Naməlum şəxslər ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar. Q. Qurqunayev bu gün səhər Zaqatala Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Zərərçəkənin qohumları APA-nın yerli bürosuna bildiriblər ki, evə basqın edən şəxslər silahlı olub. Onlar ev sahibini döyərək evdən 50 min manat, 30 min ABŞ dolları, 700 min Rus rublu və 40 min manat dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar. Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, basqına məruz qalan Q. Qurqunayev diş texnikidir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol