• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Gömrük Məcəlləsi ilə bağlı bir sıra təkliflər verib

Deputat Gömrük Məcəlləsi ilə bağlı bir sıra təkliflər verib
29.04.2026 15:14

Deputat Vüqar Bayramov “Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsində nəzərdə tutulan bir sıra müddəaların yenidən baxılmasını təklif edib.

Bayramov bildirib ki, səyyar gömrük auditi üçün 20 iş günü və əlavə hallarda 30 iş gününə qədər uzadılma müddəti uzun hesab oluna bilər. Onun sözlərinə görə, proseslərin rəqəmsallaşması fonunda bu müddətin azaldılması məqsədəuyğundur.

Deputat həmçinin risklərin idarəedilməsi sisteminin “elektron risk idarəetmə sistemi” kimi dəqiq adlandırılmasını təklif edib.

Layihədə xarici ticarət iştirakçısının borcu səbəbindən ölkədən çıxışına məhdudiyyət qoyulması mexanizmi də yer alır. Bayramov bu halda minimum borc həddinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb və kiçik məbləğlər üzrə məhdudiyyətlərin tətbiqinin məqsədəuyğun olmadığını bildirib.

Eyni zamanda, malların müvəqqəti saxlancda qalma müddətinin 4 ay müəyyən olunması da müzakirə edilib. Deputat bu müddətin beynəlxalq təcrübə ilə müqayisədə yenidən qiymətləndirilməsini təklif edib.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol