• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib
29.04.2026 16:31

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib. Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, interpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş və yeri Türkiyə Respublikasında müəyyən edilən daha bir şəxsin aprelin 29-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2018-ci ildən etibarən bir qrup vətəndaşı müvafiq vəzifələrə təyin etdirmək və ya işə düzəltmək adı ilə aldadaraq onlardan müxtəlif məbləğlərdə pul vəsaiti almaqla və vətəndaşların etibarından sui-istifadə etməklə, ümumilikdə 69 000 (altmış doqquz min) manat məbləğində pul vəsaitini mənimsəyərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.1-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisafa qızının yeri Türkiyə Respublikasında müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğunun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmda mövcud olan nüfuzunun və Türkiyə Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Hüseynova Sevinc Əlisafa qızı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Türkiyə Respublikasının Antalya şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol