• $
  • €
  • ₽
  • ₺
  • £

“AzerGold”un rüblük gəliri 102 mln manatı ötüb, ixrac gəlirləri 26% artıb

“AzerGold”un rüblük gəliri 102 mln manatı ötüb, ixrac gəlirləri 26% artıb
30.04.2026 10:03

AzerGold 2026-cı ilin birinci rübündə qızıl və gümüş satışından ölkə iqtisadiyyatına 102,4 milyon manat vəsait cəlb edib. Bu barədə qurumun açıqladığı hesabatda qeyd olunur. 

Şirkətin məlumatına görə, hesabat dövründə 12 284 unsiya qızıl və 22 053 unsiya gümüş beynəlxalq və yerli bazarlarda satılıb. Ümumi gəlirin 91,1 milyon manatdan çoxu ixracın, 11,3 milyon manatdan çoxu isə daxili bazarda pərakəndə satışın payına düşüb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri 26%, pərakəndə satış gəlirləri isə 102% artıb.

“AzerGold”un fəaliyyətə başladığı dövrdən bəri ümumi satış həcmi 572,3 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş təşkil edib. Bu satışlar nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə 2,04 milyard manat vəsait cəlb olunub.

Şirkət həmçinin dövlət büdcəsinə ümumilikdə 281 milyon manat ödəniş edib ki, bunun 242 milyon manatı vergi, 39 milyon manatı isə sosial ödənişlərin payına düşür.

Məlumata görə, 2025-ci ildə dolayı vergilər istisna olmaqla ən çox vergi ödəyən 100 şirkət arasında “AzerGold” 20-ci yerdə qərarlaşıb.

Şirkət fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluğun artırılmasına da töhfə verir. Hazırda qurum və onun törəmə müəssisələrində 1152 nəfər çalışır, podratçı təşkilatlar da daxil olmaqla ümumilikdə 2595 nəfər daimi işlə təmin olunub.

Şirkət bildirib ki, artan ixrac və maliyyə göstəriciləri fonunda sosial-iqtisadi layihələrin icrası davam etdirilir.

Aytac Zeynalova 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol