• $
  • €
  • ₽
  • ₺
  • £

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib
30.04.2026 11:51

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib.

Yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır.

Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir.

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində təqdim edilir.  Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər.

İlk növbədə “myGov ID” və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə identifikasiya həyata keçirilir. Daha sonra görüş üçün onlayn forma (görüşün növü, müəssisə, tarix, iştirakçılar və s.) doldurulur və gətiriləcək sovqatla bağlı məlumat əlavə edilir, müraciət Ədliyyə Nazirliyinin aidiyyəti penitensiar müəssisəsinə göndərilir. Müəssisə tərəfindən müraciət yoxlanılır və təsdiqləndikdə vətəndaşa SMS bildiriş göndərilir. Görüşlər yalnız əvvəlcədən müəyyən edilmiş tarix və saatda keçirilir.

Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəzaçəkmə müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi həyata keçiriləcək.

Qeyd edək ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol