• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəmizdə qadın və uşaq hüquqları ilə bağlı sistem formalaşdırılıb -komitə sədri

Ölkəmizdə qadın və uşaq hüquqları ilə bağlı sistem formalaşdırılıb -komitə sədri
30.04.2026 14:50

Azərbaycanda ailə, qadın və uşaq siyasəti sahəsində vahid dövlət idarəetmə sistemi formalaşdırılıb, qanunvericilik bazası genişləndirilib və həyata keçirilən tədbirlər real sosial nəticələrlə müşahidə olunub. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

“Qəbul edilən qanunvericilik aktları bu sahədə mühüm hüquqi zəmin yaradıb. Nikah yaşının müəyyənləşdirilməsi, tibbi müayinənin tətbiqi, erkən və qohum nikahlarının qarşısının alınmasına yönəlmiş tədbirlər cəmiyyətin sağlam inkişafına xidmət edən praktik addımlardır",- Muradova deyib.

Onun sözlərinə görə, ailə dəyərlərinin təşviqi istiqamətində minlərlə təlim, görüş və tədbir keçirilib, yüz minlərlə vətəndaş bu təşəbbüslərdən faydalanıb.

“Uşaq və ailələrə dəstək mərkəzləri, eləcə də digər dövlət qurumlarının yerli strukturları vasitəsilə vətəndaşlara sosial və psixoloji xidmətlər göstərilib. Bu fəaliyyət ailə institutunun möhkəmləndirilməsinə yönəlib",- komitə sədri bildirib.

Muradova qeyd edib ki, qadınların iqtisadi imkanlarının genişləndirilməsi, sahibkarlığa cəlb olunması və məşğulluğunun artırılması istiqamətində görülən tədbirlər onların iqtisadi fəallığını artırıb.

“Bu gün qadınlar təkcə sosial həyatın fəal iştirakçıları deyil, həm də ölkənin iqtisadi inkişafına töhfə verən aparıcı biznes subyektlərinin yaradıcılarıdır,” - o deyib.

Komitə sədrinin sözlərinə görə, uşaq siyasəti sahəsində də mühüm irəliləyişlər əldə olunub.

“Uşaqların hüquqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması, təhsil və inkişaf imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər onların cəmiyyət həyatında daha fəal və təşəbbüskar iştirakına şərait yaradıb",- Muradova bildirib.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol