• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb

Ombudsman: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb
30.04.2026 15:00

Azərbaycan Ombudsman təsisatı cari ildə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, energetik içkilərdən və kiçik elektrik nəqliyyat vasitələrindən istifadəsi ilə bağlı araşdırmalar aparıb və müvafiq təklifləri aidiyyəti qurumlara göndərib.
Bunu Ombudsman Səbinə Əliyeva bildirib.

“Cari ildə Ombudsmanın müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair, uşaqlar tərəfindən energetik içkilərin, habelə kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı araşdırmalar aparılıb, bu sahədə zəruri tədbirlərin görülməsi istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib”, — Əliyeva deyib.


Əliyeva bildirib ki, ötən il Azərbaycan Ombudsman təsisatı assosiativ üzv olduğu Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin tamhüquqlu üzvlüyünə qəbul edilib.

“Ombudsman təsisatı aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, xarici ölkələrin insan hüquqları təsisatları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir”, — o qeyd edib.

Ombudsman Aparatının əməkdaşları uşaqlara dair strategiya, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının icrası, gender bərabərliyi və məişət zorakılığının qarşısının alınması ilə bağlı işçi qruplarda iştirak edirlər.

“Qurumlararası əməkdaşlıq müxtəlif əhali qruplarının, o cümlədən qadın və uşaqların hüquqlarının təmini baxımından çox önəmlidir”, — Əliyeva bildirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol