• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir - nazir

Uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir - nazir
30.04.2026 15:37

Azərbaycanda uşaqlarla bağlı aylıq və birdəfəlik sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir. Bunu əmək və əhalinin sosial müdafiə naziri Anar Əliyev bildirib.

Nazirin sözlərinə görə, ünvanlı dövlət sosial yardımı alan 350 min aztəminatlı şəxsin 170 mindən çoxu uşaqlardır.

“Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində də işlər davam etdirilir. Cari ilin birinci rübünün sonuna olan məlumata əsasən, Nazirliyin tabeliyində fəaliyyət göstərən sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb”, - Əliyev bildirib.

O qeyd edib ki, həmin müəssisələrdə uşaqlara stasionar və yarımstasionar formada sosial-məişət, tibbi-sosial, sosial-mədəni və sosial-pedaqoji xidmətlər göstərilir.

Nazir əlavə edib ki, “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi çərçivəsində bu il baxımsız və sosial təhlükəli vəziyyətdə olan 168 uşağa sosial xidmət göstərilir.
Əliyevin sözlərinə görə, himayədar ailə institutunun inkişafı üçün dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq 650 manat, ildə bir dəfə isə 800 manat müavinət müəyyən edilib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol